AMB 3 kredit ittifaqına icrası məcburi göstəriş verdi

AMB 3 kredit ittifaqına icrası məcburi göstəriş verdi






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Azərbaycan Mərkəzi Bankı (AMB)

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Mərkəzi Bankı (AMB) "Ləman", "Stimul" və "İnci Kredo" kredit ittifaqlarına icrası məcburi göstəriş verib.

presstvaz bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, adı çəkilən kredit ittifaqları 2024-cü ilin kənar auditor tərəfindən yoxlanılmış maliyyə hesabatlarını təqdim etmədiyindən, “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununun 17.3-cü maddəsinin tələbi təmin edilməmişdir. “Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü yarımbəndinin tələblərini rəhbər tutaraq, “İnci Kredo” Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə, “Ləman” Məhdud Məsuliyyətli Kredit İttifaqına və “Stimul” Kredit ittifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə 2024-cü ilin maliyyə hesabatlarının kənar auditor tərəfindən yoxlanılması və təsdiqedici sənədlər əlavə edilməklə Azərbaycan Respublikasının Mərkəzi Bankına rəsmi məlumat verilməsi tələb olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv