VHP rəhbərliyi Türk Şəhidliyini ziyarət etdi – Foto

VHP rəhbərliyi Türk Şəhidliyini ziyarət etdi – Foto






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Məhəmməd Əmin Rəsulzadə, #Türkiyə, #Xalq şairi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının rəhbərliyi Türk Şəhidliyini ziyarət edib.

Partiyadan presstvaz-a bildirilib ki, Bakının Qafqaz İslam Ordusu tərəfindən bolşevik-daşnak quldur dəstələrindən azad edilməsinin 107-ci ildönümü münasibətilə keçirilən ziyarətdə Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan igidlərin xatirəsi anılıb, ruhlarına dualar oxunub.

Partiyanın sədri, Xalq şairi Sabir Rüstəmxanlı çıxışında tarixi məqamlara toxunaraq bildirib ki, Bakının işğal altında olduğu, paytaxtın müvəqqəti olaraq Gəncəyə köçürüldüyü dövrdə Məhəmməd Əmin Rəsulzadə Türkiyədən hərbi yardım xahiş etmişdi. Ənvər Paşa isə öz qardaşı Nuru Paşanı Qafqaz İslam Ordusunun başçısı təyin edərək Bakını xilas etmək üçün göndərmişdi.

Sabir Rüstəmxanlı Nuru Paşanın qəhrəmanlığından, türk əsgərlərinin azərbaycanlılarla çiyin-çiyinə göstərdikləri şücaətdən danışaraq vurğulayıb ki, 15 sentyabr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu şərəfli səhifəni Nuru Paşanın rəhbərliyi ilə türk əsgərləri və azərbaycanlı döyüşçülər birlikdə yazıblar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv