FHN-in 20 illiyinə həsr olunan çempionata yekun vuruldu

FHN-in 20 illiyinə həsr olunan çempionata yekun vuruldu






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Füzuli, #Gəmi, #Hakim, #İdman, #Meşə, #Qəbələ, #Qəbələ rayonu, #Sağlamlıq, #Təbrik

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

10-12 sentyabr 2025-ci il tarixlərində Qəbələ rayonunun meşə zolağında FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş Nazirliyin qurumları arasında səmti müəyyənetmə üzrə çempionat keçirilib.

Çempionatda FHN-in Aparatı və qurumlarını təmsil edən 14 komandadan 50-yə yaxın əməkdaş öz qüvvəsini sınayaraq əzmkar mübarizə aparıblar.

Yarışın son günündə komanda və şəxsi (kişilər və qadınlar) hesab üzrə qaliblər müəyyən olunub.

Çempionatın bağlanış mərasimində, əvvəlcə Dövlət Himni səsləndirilib.

Qalib idmançıları təbrik edən FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev Nazirliyin müxtəlif idman növləri üzrə əməkdaşlarının respublika və beynəlxalq turnirlərdə qazandığı nailiyyətlərdən bəhs edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb.

Yarışda komanda hesabında 1-ci yeri Mülki müdafiə qoşunları (MMQ), 2-ci yeri Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti (KHGNSXDX), 3-cü yeri isə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin (TTNDA) komandası tutub.

Bundan əlavə, qadınlar arasında şəxsi yarışlarda 1-ci yerə TTNDA-nın əməkdaşı Sevda Verdiyeva, 2-ci yerə MMQ-nin əməkdaşı Fəridə Hüseynzadə layiq görülüb.

Kişilərin yarışında 1-ci yeri Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı Rufulla Fətullayev, 2-ci yeri FHN Akademiyasının əməkdaşı Özcan Kərimov, 3-cü yeri isə Bakı Regional Mərkəzinin əməkdaşı Azad Heydərov tutub.

Qaliblərə kubok, diplom və medallar təqdim olunub.

Həmçinin, çempionatın keçirilməsində fəaliyyətlərinə görə FHN-in Mülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsinin komandiri polkovnik Amil Alıcanov, Nazirliyin Tibb xidmətinin əməkdaşları və Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyasının hakimlər komitəsi fəxri fərmanlarla təltif olunublar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv