Böyük Britaniyanın ABŞ-dəki səfiri “Epşteyn işi”nə görə vəzifəsindən azad edildi

Böyük Britaniyanın ABŞ-dəki səfiri “Epşteyn işi”nə görə vəzifəsindən azad edildi






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avropa, #Böyük Britaniy, #Böyük Britaniya, #Kitab, #Məhkum, #Təbrik, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Böyük Britaniyanın ABŞ-dəkı səfiri Piter Mandelson maliyyəçi Cefri Epşteynlə yazışmalarının təfərrüatı məlum olduqdan sonra işdən çıxarılıb.

presstvaz-ın xəbərinə görə, bu barədə “The Guardian” nəşri məlumat verib.

“Böyük Britaniya Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, Baş nazir Kir Starmer xarici işlər naziri İvett Kuperdən xahiş edib ki, Mandelsonun elektron poçt yazışmaları haqqında daha çox məlumat əldə edilməsi səbəbindən o, səfir vəzifəsindən azad edilsin”, – deyə məlumatda bildirilib.

Söhbət Mandelsonun Epşteynə ünvanlandığı və artıq həbsdə olan maliyyəçiyə dəstək sözlərinin ifadə olunduğu, ictimaiyyətə məlum olan elektron məktublardan gedir.

Məktubların dərc edilməsi ABŞ-də Epşteynin 50 illik yubileyi münasibətilə təbrik kitabının nəşrindən sonra baş verib və orada keçmiş səfir onu “yaxşı dost” adlandırıb.

Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət naziri Stiven Dautinin sözlərinə görə, Mandelson səfir təyin edilərkən Epşteynlə münasibətlərinin miqyasını gizlədib.

Xatırladaq ki, Cefri Epşteyn əsasən uşaq alveri, fahişəliyin, o cümlədən yetkinlik yaşına çatmayanların fahişəliyinin təşkili və 14 yaşlı qıza təcavüz də daxil olmaqla, bir neçə cinayətə görə məhkum edilmiş maliyyəçidir. 2019-cu ildə Epşteyn həbsxana kamerasında ölü tapılıb, məhkəmə-tibbi ekspertləri isə onun ölüm səbəbinin intihar olduğunu bildiriblər, lakin bir çoxları hələ də bu versiyaya şübhə edir. Epşteynin işi, bir çox varlı və yüksəkrütbəli insanlarla yaxın münasibətdə olduğu üçün geniş diqqət çəkib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv