ABŞ və Yaponiya raket sistemləri ilə hərbi təlimlərə başladılar

ABŞ və Yaponiya raket sistemləri ilə hərbi təlimlərə başladılar






presstv

"Presstv"az #ABŞ, #Audi, #Çin, #Filippin, #Gəmi, #Tayvan, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yaponiya ərazisində ABŞ və Yaponiya hərbçilərinin iştirakı ilə ikihəftəlik “Resolute Dragon” təlimləri başlayıb.

presstvaz bu barədə CNN-ə istinadən xəbər verir.

ABŞ Dəniz Piyadaları Korpusunun bəyanatına görə, təlimlər Rükü adalarında keçiriləcək. Bu adaların ən ucqarı Tayvanın şərq sahilindən 125 km məsafədə yerləşir.

Təlim iştirakçıları bir sıra raket sistemlərindən istifadə etməyi planlaşdırırlar. Dəniz Piyadaları Korpusundan qeyd edilib ki, bu cür silahlanma mühüm dəniz yollarını və ərazinin əsas hissələrini qorumağa, “sahildən güc proyeksiya etməyə” imkan verəcək.

Xüsusilə, söhbət ABŞ Ordusunun “Typhon” mobil buraxılış qurğusundan gedir: ondan həm “SM-6” zenit raketlərini, həm də 1.6 min km-ə qədər uçuş məsafəsi olan “Tomahawk” qanadlı raketlərini buraxmaq mümkündür. CNN xatırladır ki, ABŞ bu qurğunu Sakit okeanda ilk dəfə 2024-cü ildə Filippində keçirilən təlimlər zamanı yerləşdirib, bundan sonra ÇXR tərəfindən tənqidlər səslənib.

“Typhon” qurğularından biri təlimlər zamanı korpusun İvakuni bazasında (Yamaqata prefekturası, Honsü adası) yerləşdiriləcək. Korpus digər qurğuların harada yerləşdirilə biləcəyini dəqiqləşdirməyib.

Bundan əlavə, iki ölkənin hərbçiləri 185 km təsir məsafəsi olan, ABŞ-nin NMESIS gəmi əleyhinə komplekslərindən və uçuş məsafəsi 1000 km-dən çox olan yapon “Type 12” qurudan idarə olunan gəmi əleyhinə raketlərindən istifadə edəcəklər.

CNN qeyd edir ki, “Resolute Dragon” təlimləri Pentaqon rəhbəri Pit Heqsetlə ÇXR müdafiə naziri Dun Tszyun arasında Tayvan və Cənubi Çin dənizi mövzusunda söhbətdən heç 48 saat keçməmiş başlayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv