Argentina milisi Lionel Messisiz bacarmadı, Braziliyadan sensasiya

Argentina milisi Lionel Messisiz bacarmadı, Braziliyadan sensasiya






presstv

"Presstv"az #ABŞ, #Argentina, #Audi, #Boliviya, #Braziliya, #Lionel Messi, #Liviya, #Venesuela

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2026-cı il dünya çempionatının seçmə mərhələsinin Cənubi Amerika zonası üzrə növbəti oyunları keçirilib.

presstvaz xəbər verir ki, Boliviya yığması Braziliyanı 1:0 hesabı ilə məğlub edib.

Qarşılaşmanın yeganə qolunu Boliviya millisinin yarımmüdafiəçisi Migel Terseros 45+4-cü dəqiqədə penaltidən vurub.

80-ci dəqiqədə braziliyalı yarımmüdafiəçi Bruno Gimaraeş, 85-ci dəqiqədə isə müdafiəçi Fabrisio Bruno sarı vərəqə ilə cəzalandırılıb.

Braziliya, ümumilikdə 28 xal toplayaraq seçmə mərhələni 5-ci yerdə başa vuraraq birbaşa mundiala vəsiqə qazanıb. Boliviya isə 20 xalla 7-ci yeri tutaraq qitələrarası pley-off mərhələsində oynamaq şansı əldə edib.

Ekvador – Argentina qarşılaşması da 1:0 hesabı ilə başa çatıb. Bu qarşılaşmada da hesab penaltidən açılıb. Qolu 45+13-cü dəqiqədə Enner Valensiya vurub.

31-ci dəqiqədə argentinalı müdafiəçi Nikolas Otamendi qırmızı vərəqə alıb, 50-ci dəqiqədə isə ekvadorlu yarımmüdafiəçi Moyses Kaysedo ikinci sarı vərəqədən sonra meydandan qovulub.

Lionel Messi bu oyunda iştirak etməyib.

Ekvador növbəti yoxlama matçını oktyabrın 11-də ABŞ-yə qarşı, Argentina isə həmin gün Venesuelaya qarşı keçirəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv