Britaniyada bədbəxt hadisə: 80 yaşlı qadını sevimli atı öldürüb

Britaniyada bədbəxt hadisə: 80 yaşlı qadını sevimli atı öldürüb






presstv

"Presstv"az #Audi, #Böyük Britaniy, #Böyük Britaniya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Böyük Britaniyanın Norfolk qraflığından olan 80 yaşlı Marqaret Devis adlı süvari qadın sevimli atı “Benni” tərəfindən öldürülüb. At qadının döş qəfəsini tapdalayıb.

presstvaz xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

Polisin verdiyi məlumata görə, qadın həyətdə huşsuz vəziyyətdə tapılıb və dərhal xəstəxanaya yerləşdirilib, lakin həyatını xilas etmək mümkün olmayıb.

“Marqaret Devis atının onu yıxması və tapdalaması nəticəsində döş qəfəsindən xəsarət alıb. O, təcili müalicə üçün Norfolk və Norviç xəstəxanasına aparılıb. İntensiv terapiya şöbəsində müalicə olunub. Lazımi tibbi yardım göstərilməsinə baxmayaraq, qəza zamanı aldığı xəsarətlərdən dünyasını dəyişib”, – deyə Norfolk dairəsi koroneri Coanna Tompson bildirib.

Hüquq-mühafizə orqanlarının ehtimalına görə, “Benni” qorxub, sahibini yıxaraq qaçıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv