Keçmiş məcburi köçkünlə ev sahibi arasında qalmaqal: 32 ildir evinə köçə bilmir

Keçmiş məcburi köçkünlə ev sahibi arasında qalmaqal: 32 ildir evinə köçə bilmir






presstv

"Presstv"az #Ailə, #Audi, #Məcburi köçkün, #Quba, #Qubadlı rayonu, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Xanəhməd Həsənova 32 il əvvəl ev növbəsi ilə aldığı mənzildə hələ bir gün belə yaşamaq qismət olmayıb.

Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaş deyir ki, onun evində məskunlaşan şəxs Qubadlı rayonunun Zilanlı kənd sakini, keçmiş məcburi köçkün Namiq Məmmədovdur.

“2012-ci ildə məhkəmə ailənin mənzili boşaltması barədə qərar qəbul etsə də, indiyədək icra olunmayıb. Yaşım 70-i ötüb, kirayələrdə qalıram. Mənim nəşim də kirayədən çıxmalıdır?!”, – Xanəhməd Həsənov söyləyib.

Məcburi köçkün Amil Məmmədov isə evlə təmin olunmadıqları müddət ərzində yaşadıqları mənzildən çıxmayacaqlarını söyləyib:

“Mən qazi olaraq evlə təmin olunmamışam. Xahiş edirəm ki, bizi Sumqayıtda evlə təmin etsinlər ki, ailəmlə gedib orada yaşayım”.

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən bildirilib ki, Qubadlı rayonunun Zilanlı kəndindən keçmiş məcburi köçkün Namiq Məmmədov və ailə üzvləri Xanəhməd Həsənova məxsus mənzildə müvəqqəti məskunlaşıblar:

“Keçmiş məcburi köçkünün başqa vətəndaşa məxsus mənzili boşaltması haqqında məhkəmə qətnaməsi mövcuddur və Komitəyə təqdim edilib. İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri aparılır. Qubadlı rayonunun Zilanlı kəndi də bərpa edildikdən sonra həmin ailənin də köçürülməsi qanunauyğun formada icra ediləcək və onun hazırda müvəqqəti məskunlaşdığı mənzil sahibinə təhvil veriləcək”.

Ətraflı süjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv