Trampın müşaviri Maskı Hindistan təbliğatını dəstəklədiyinə görə tənqid etdi

Trampın müşaviri Maskı Hindistan təbliğatını dəstəklədiyinə görə tənqid etdi






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avropa, #Ayaqqabı, #Donald Tramp, #Hindistan, #İlon Mask, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Trampın baş ticarət müşaviri Piter Navarro milyarder İlon Maskı özünün “X” platformasında Hindistandan rusiyayönümlü təbliğatın yayılmasına icazə verməkdə ittiham edib.

presstvaz xəbər verir ki, bu barədə Navarro sosial şəbəkədə yazıb.

İttihamlara səbəb Navarronun “X” sosial şəbəkəsində Hindistanı Rusiya nefti aldığına görə tənqid etdiyi paylaşımlarına “kontekst” əlavə edən şərhlər olub. İstifadəçilər həmin şərhlərdə göstərirlər ki, Avropa ölkələri də Rusiya neftini alır, ABŞ isə Rusiyadan uran, gübrə və digər mallar idxal etməyə davam edir.

“İlon Mask insanların paylaşımlarında təbliğata icazə verir. Bu axmaq qeyd məhz belədir. Cəfəngiyatdır. Hindistan Rusiya neftini yalnız mənfəət üçün alır”, – Navarro qeyd edib.

Xatırladaq ki, Tramp administrasiyası Hindistanın Rusiya neftinin idxalını dayandırmaqdan imtina etməsinə cavab olaraq avqustun 27-də ona 50%-lik rüsumlar tətbiq edib. Tariflər müxtəlif məhsullara, o cümlədən geyim, tekstil, qiymətli daşlar, ayaqqabı və mebelə tətbiq edilib. Bununla belə, Hindistanın ABŞ-yə ixracatının təxminən 30%-i, əsasən, yanacaq, elektronika və bəzi dərmanlar yeni tariflərdən azad edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv