Çin XİN rəsmisi: “AQEM regional sülh və sabitliyə töhfə verməlidir”

Çin XİN rəsmisi: “AQEM regional sülh və sabitliyə töhfə verməlidir”






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Avropa, #Çin, #Şanxay

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“AQEM ölkələr arasında qarşılıqlı əməkdaşlıq və etimadın gücləndirilməsində unikal rol oynayır”.

presstvaz “Report”a istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin Avropa və Mərkəzi Asiya İşləri Departamentinin təmsilçisi, səfir Yan Uenbin AQEM Beyin Mərkəzləri Forumunun 13-cü iclasında deyib.

Onun sözlərinə görə, bu tədbir AQEM çərçivəsində mühüm əhəmiyyət təşkil edir:

“2014-cü ildən bəri bütün iclaslar Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun təşkilatçılığı ilə baş tutub. Çin daim AQEM-in fəaliyyətinə dəstək göstərib. Aydındır ki, mövcud beynəlxalq mənzərə olduqca mürəkkəbdir. Bu il BMT-nin yaradılmasının 80 illiyi qeyd olunur ki, bu isə özlüyündə daha ədalətli nizamın qurulmasını özündə ehtiva edir”.

Diplomat bildirib ki, AQEM regional təhlükəsizliyə daha çox diqqət ayıraraq sülh və sabitliyə töhfə verməlidir:

“AQEM Asiyanın təhlükəsizliyini təmin etmək üçün faydalı araşdırmalar apara bilər. Asiyanın ən geniş coğrafi əhatəyə və ən böyük üzv bazasına malik forumu kimi, AQEM regional ölkələr arasında ünsiyyətin gücləndirilməsində, qarşılıqlı etimadın artırılmasında və əməkdaşlığın təşviqində unikal və konstruktiv rol oynayır”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv