DÇ-2026 seçmə mərhələsi: Xorvatiya və Danimarkadan qələbə, İsveçdən məğlubiyyət

DÇ-2026 seçmə mərhələsi: Xorvatiya və Danimarkadan qələbə, İsveçdən məğlubiyyət






presstv

"Presstv"az #Audi, #Bakı, #Belarus, #Danimarka, #Futbol, #İsrail, #İtaliya, #Yunanıstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilib.

presstvaz xəbər verir ki, II turun ikinci oyun günündə bir sıra maraqlı nəticələr qeydə alınıb.

Xorvatiya doğma azarkeşləri önündə Monteneqro ilə üz-üzə gəlib. Balkan derbisində meydan sahibləri rəqibini darmadağınla məğlub ediblər – 4:0.

Danimarka millisi səfərdə Yunanıstanın qonağı olub və meydan sahiblərini üç cavabsız qolla üstələyib – 0:3.

İsveç yığması isə Kosovo səfərindən əliboş qayıdıb. 90 dəqiqə ərzində fərqlənə bilməyən vikinqlər qapılarında iki qol görüblər – 2:0.

Günün digər matçlarında aşağıdakı nəticələr qeydə alınıb:

Belarus – Şotlandiya 0:2;

Cəbəllüttariq – Farer adaları 0:1;

İsrail – İtaliya 4:5;

İsveçrə – Sloveniya 3:0.

08 sentyabr, 08:00

Bu gün 2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsində növbəti oyunlar baş tutacaq.

presstvaz-ın məlumatına görə, ikinci turun ikinci oyun günündə 7 matç keçiriləcək.

Belə ki, Belarus millisi Şotlandiya ilə, Xorvatiya Monteneqro ilə, Cəbəllüttariq Farer adaları ilə, Yunanıstan Danimarka ilə, İsrail İtaliya ilə, Kosovo İsveçlə, İsveçrə isə Sloveniya ilə üz-üzə gələcəklər.

Qeyd edək ki, bütün görüşlər Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

8 sentyabr

DÇ-2026 seçmə mərhələsi

II tur

Saat 22:45, Belarus – Şotlandiya;

Saat 22:45, Xorvatiya – Monteneqro;

Saat 22:45, Cəbəllüttariq – Farer adaları;

Saat 22:45, Yunanıstan – Danimarka;

Saat 22:45, İsrail – İtaliya;

Saat 22:45, Kosovo- İsveç;

Saat 22:45, İsveçrə – Sloveniya.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv