Yeməyi plastik qabda qızdıranların nəzərinə! – Bu xəstəlik yaranır

Yeməyi plastik qabda qızdıranların nəzərinə! – Bu xəstəlik yaranır






presstv

"Presstv"az #Araşdırma, #Demensiya, #Günəş, #Həkim, #qızdırma

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son illər mikoplastiklərin insan sağlamlığına təsiri ilə bağlı müzakirələr artıb. Mütəxəssislər bildirirlər ki, bu maddə bədənə qida, hava və gündəlik istifadə olunan plastik məmulatlardan keçərək daxil ola bilər.

presstvaz xəbər verir ki, "gazeta"ya açıqlama verən terapevt Anastasya Ağayeva mikoplastikin  sağlamlığa zərərləri barədə məlumat verib.

"Mikoplastik 0,001-5 mm ölçülü sintetik polimer hissəciklərindən ibarətdir və iki növü mövcuddur: ilkin (məqsədli istehsal olunan – kosmetika, tekstil və s.) və ikincili (plastik əşyaların günəş şüası, istilik və ya aşınma nəticəsində parçalanması ilə yaranan).

Mikroplastik insan orqanizminə əsasən qida vasitəsilə, havanın tərkibindəki toz və sintetik liflər, həmçinin plastik qablaşdırmada olan su ilə daxil ola bilər.

Hazırda mikoplastikin insan sağlamlığına birbaşa mənfi təsirini sübut edən qəti elmi faktlar yoxdur. Mövcud məlumatların əksəriyyəti heyvanlar üzərində və laborator şəraitdə aparılan təcrübələrə əsaslanır. Bununla belə, narahatedici nəticələr də var: son araşdırmalara görə, son 8 ildə insan beynində mikoplastikin miqdarı 50% artıb, demensiya xəstələrində isə bu göstərici sağlam insanlara nisbətən 10 dəfə çox olub.

ÜST-ün mövqeyinə görə mikoplastikin qida və içməli suda hansı səviyyədə təhlükəsiz ola biləcəyini müəyyən etmək üçün əlavə tədqiqatlara ehtiyac var".

Həkimlər söyləyib ki, bu kimi hallardan qorunmaq üçün plastik qabda yeməyi qızdırmamaq, suyu filtrdən keçirmək və şüşə qablaşdırmaya üstünlük vermək lazımdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv