Su polisi Xəzər dənizində brakonyerlik edən şəxsi saxladı

Su polisi Xəzər dənizində brakonyerlik edən şəxsi saxladı






presstv

"Presstv"az #Abşeron rayonu, #Araşdırma, #Araşdırma aparılır., #Audi, #Kənd Təsərrüfatı Nazirliyi, #Xəzər dənizi, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Xəzər dənizində yerləşən strateji məkanların yaxınlığında qanunsuz olaraq balıq ovlayan 38 yaşlı Xanmurad Xanalıyev saxlanılıb.

presstvaz xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

O, saxlanılan zaman xüsusi “Yamaha-40” mühərriki ilə təchiz edilmiş katerlə ərazidən yayınmaq istəsə də, polis əməkdaşları həmin şəxsi ələ keçirə biliblər.

Katerə baxış zamanı sintetik tor vasitəsilə ovlanmış 59 ədəd müxtəlif növ balıq və istifadəsi qadağan edilən balıqovlama vasitələri götürülüb.

Su polislərinin Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşları ilə birgə Abşeron rayonunda həyata keçirdikləri növbəti tədbir zamanı isə qanunsuz balıq ovu ilə məşğul olan 51 yaşlı Vüsal Nəcəfquluzadə və həmyaşıdı Tərlan Səttarov da müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı onların balıqovlama biletlərinin olmadığı müəyyən edilib. Baxış zamanı həmin şəxslərdən 93 ədəd balıq, istifadəsi qadağan edilən sintetik tor və digər ov alətləri götürülüb. Hər iki faktla bağlı araşdırma aparılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv