Cəlilabadda quduzluğa yoluxmuş inək insanlara hücum etdi

Cəlilabadda quduzluğa yoluxmuş inək insanlara hücum etdi






presstv

"Presstv"az #Ailə, #Araşdırma, #Audi, #Cəlilabad rayonu, #Hadisə, #Həkim, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Cəlilabad rayonunda fərdi təsərrüfatda saxlanılan iribuynuzlu heyvanın quduzluğa yoluxduğu bildirilib.

presstvaz “Xəzər Xəbər”ə istinadla xəbər verir ki, inəklərdən biri insanlara hücum etməyə cəhd edib.

Hadisə Uzuntəpə kənd sakini Mircəlal Hüseynovun təsərrüfatında qeydə alınıb. Heyvanın sahibi dərhal baytara müraciət edib, baytar həkim isə şübhəli təsərrüfatı nəzarətə götürüb. Xəstə heyvan digərlərindən ayrılıb və bir müddət sonra ölüb.

Bu müddət ərzində heyvanla təmasda olan ailə üzvləri Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət edərək quduzluq əleyhinə vaksin vurdurublar.

Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, regional bölmənin əməkdaşları hadisə yerinə baxış keçirib və müvafiq müayinələr aparılıb. Analiz nəticələrinə əsasən, hadisənin dəqiq səbəbləri müəyyən olunacaq. Hazırda müvafiq qurumlarla birgə araşdırmalar davam edir.

Qeyd olunur ki, iribuynuzlu heyvanın quduzluğa necə yoluxması hələ dəqiq məlum deyil. Ehtimal olunur ki, yoluxma örüş zamanı baş verib.

Mövzu ilə bağlı daha ətraflı videomaterial təqdim edirik:

 

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv