ŞAD XƏBƏR: “TələbəPlus” kartının əhatə dairəsi genişləndirilir

ŞAD XƏBƏR: “TələbəPlus” kartının əhatə dairəsi genişləndirilir






presstv

"Presstv"az #Audi, #Kitab, #Nəqliyyat, #Peşə təhsili, #Təhsil, #Universitetlər, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yeni tədris ilindən etibarən “TələbəPlus” kartının əhatə dairəsi genişləndiriləcək. Artıq layihə kollec və peşə təhsili pilləsində təhsil alan tələbələri də əhatə edəcək.

presstvaz İTV-yə istinadən xəbər verir ki, layihəyə qoşulma prosesi universitetlərin təşəbbüsü və texniki imkanları nəzərə alınmaqla davam etdirilir. Hazırda 24 ali təhsil müəssisəsinin 190 mindən çox tələbəsi bu kartdan istifadə edir.

Kart sahibləri restoran, kafe, geyim mağazaları, kitab və dəftərxana dükanları, tibb müəssisələri, əyləncə mərkəzləri və digər sektorlarda güzəştlərdən yararlana bilirlər. Layihəyə 350-dən çox yerli və xarici partnyor qoşulub.

Tələbələr isə kartın daha çox gündəlik ehtiyacları əhatə etməsini istəyirlər. Onların fikrincə, “TələbəPlus” yalnız kafe və geyim mağazalarında deyil, həm də ictimai nəqliyyatda, kitabxanalarda və zəruri xidmət sahələrində güzəştlər təqdim etməlidir.

Təhsilin İnkişafı Fondundan bildirilib ki, bu istiqamətdə dövlət və özəl sektor nümayəndələri ilə danışıqlar aparılır. Artıq tibb sahəsində bir sıra yeniliklər tətbiq olunub. Belə ki, tələbələr klinikalarda ildə bir dəfə pulsuz müayinədən keçə, tanınmış göz klinikasında isə müayinə və analizlərdə 50 faiz, əməliyyatlarda isə 30 faiz endirim əldə edə bilərlər.

Fonddan əlavə edilib ki, ictimai nəqliyyatda güzəştlər yaxın planlarda əsas prioritetdir, çünki bu xidmət tələbələrin gündəlik həyatında mühüm rol oynayır.

Ətraflı süjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv