Rusiyada azərbaycanəsilli bloqer “Subo”nun vergi borcu artıb

Rusiyada azərbaycanəsilli bloqer “Subo”nun vergi borcu artıb






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Birləşmiş Ərəb Əmirlikləri, #Cinayət işi, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyada fəaliyyət göstərən azərbaycanlı bloqer “Subo”nun (əsl adı – Sübhan Murad oğlu Məmmədov) Rusiyanın Federal Vergi Xidmətinə olan borcu artıb.

presstvaz kp.ru-ya istinadən xəbər verir ki, hazırda onun borcu məbləği 89.8 milyon rubldan çoxdur (təxminən 1.9 milyon manat).

Qeyd edək ki, bu ilin iyulunda artıq “Subo”ya qarşı xüsusilə iri məbləğdə vergidən yayınma maddəsi ilə cinayət işi açılıb. İşin başlandığı vaxt onun Federal Vergi Xidmətinə olan borcu 50 milyon rubl olub.

Məlumata görə, bloqer 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.

İstintaq materiallarına əsasən “Subo” qohumları ilə birlikdə 2020-ci ildən 2022-ci ilə qədər olan dövrdə vergidən yayınma sxemi hazırlayaraq həyata keçirib.

“Subo” Birləşmiş Ərəb Əmirliklərinə köçdükdən sonra pulların yuyulmasına, əmlakın satışına kömək edən “Subo”nun qardaşı və atasına qarşı da vergidən yayınma ittihamı irəli sürülüb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv