DÇ-2026 seçmə mərhələsi: İtaliyadan darmadağın, Fransa qələbə qazandı

DÇ-2026 seçmə mərhələsi: İtaliyadan darmadağın, Fransa qələbə qazandı






presstv

"Presstv"az #Audi, #Avropa, #Azərbaycan, #Bakı, #Belarus, #Danimarka, #Emin Mahmudov, #Estoniya, #Fransa, #Futbol, #Hakim, #İsrail, #İtaliya, #Mahir Emreli, #Moldova, #Niderland, #Polşa, #Ukrayna, #YouTube, #Yunanıstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

DÇ-2026-nın seçmə mərhələsinin ilk turunda Azərbaycan yığması İslandiyaya böyük hesabla məğlub olub.

presstvaz  xəbər verir ki, Reykyavikdəki “Lauqardalsvöllur” stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 5:0 hesablı üstünlüyü ilə başa çatıb.

Qolları Viktor Palsson (45+2), İsak Yohanneson (47, 56), Albert Qudmundsson (66) və Kristian Hlünsson (73) vurublar.

Qeyd edək ki, Azərbaycan millisi növbəti matçını sentyabrın 9-da Bakıda Ukrayna seçmə komandası ilə keçirəcək.

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İslandiya – Azərbaycan görüşündə ikinci hissə başlayıb.

presstvaz xəbər verir ki, millimiz ilk hissənin əvvəlində ikinci qolu öz qapısında görüb – 0:2.

Matçda ikinci qolu 47-ci dəqiqədə İsak Yohanneson vurub.

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İslandiya – Azərbaycan görüşündə ilk hissə başa çatıb.

presstvaz   xəbər verir ki, millimiz ilk hissənin son dəqiqələrində qol buraxaraq hesabda geriyə düşüb – 0:1.

Matçda hələlik yeganə qolu 45+2-ci dəqiqədə Viktor Palsson vurub.

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası ilk görüşünə çıxıb.

presstvaz   xəbər verir ki, millimiz ilk turda İslandiya seçməsinin qonağıdır.

Niderlandlı hakim Sander van der Eykin idarə etdiyi görüş Reykyavikin “Lauqardasvöllur” stadionunda keçirilir:

Bu gün DÇ-2026-nın seçmə mərhələsində üz-üzə gələcək İslandiya və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb.

presstvaz   xəbər verir ki, milli komandalar meydana aşağıdakı “11-lik”lə çıxacaqlar:

İslandiya: 1. Elias Rafn Olafsson, 3. Daniel Leo Qretarsson, 5. Sverrir İnqason, 4. Viktor Palsson, 23. Mikael Ellertsson, 7. Hakon Haraldsson (k), 8. İsak Berqmann Yohannesson, 16. Stefan Tordarson, 10. Albert Qudmundsson, 11. Yon Daqur Torsteinsson, 22. Andri Qudyonsen.

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Rəhman Daşdəmirov, 4. Bəhlul Mustafazadə, 14. Elvin Bədəlov, 3. Elvin Cəfərquliyev, 13. Abbas Hüseynov, 6. Səbuhi Abdullazadə, 20. İsmayıl İbrahimli, 8. Emin Mahmudov (k), 10. Mahir Emreli, 19. Nəriman Axundzadə

Azərbaycan milli komandası 2026-cı il futbol üzrə dünya çempionatına vəsiqə qazanmaq uğrunda mübarizəyə start verir. Komandamız ilk turda İslandiya millisi ilə qarşılaşacaq.

presstvaz   xəbər verir ki, İslandiyanın paytaxtı Reykyavikdə baş tutacaq qarşılaşma bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Görüşü Sander van der Eykin rəhbərliyi ilə Niderlanddan olan hakimlər briqadası idarə edəcək. Ona yan xətt hakimləri Rens Blümink və Stefan de Qroot kömək göstərəcəklər.

Xatırladaq ki, tərəflər arasında indiyədək yalnız bir oyun keçirilib. 2008-ci ildə üz-üzə gələn rəqiblərin görüşü 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, komandamızla eyni qrupda, həmçinin Fransa və Ukrayna yer alıblar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv