Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı

Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı






presstv

"Presstv"az #Audi, #Avto, #Azərbaycan, #Jurnalistlər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Horadiz-Ağbənd dəmir yolu xətti vasitəsilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına start verilib.

presstvaz “Report”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Tikinti layihələrinin idarə olunması departamentinin tikinti meneceri Cavad Əlövsətov bildirib.

Onun sözlərinə görə, dəmir yolu xəttinin ümumi uzunluğu 110.4 kilomterdir (yan yollarla birlikdə 140.6 kilometr):

“Layihə çərçivəsində 9 stansiyanın, 9 körpünün, 26 avtomobil keçidinin, 3 qalereyanın, 4 tunelin və ümumilikdə 500-dən çox mühəndis qurğularının tikintisi həyata keçirilir. Ox üzrə 60 metr enində minatəmizləmə işləri başa çatdırılıb”.

C.Əlövsətov vurğulayıb ki, tikinti-quraşdırma işləri 3 mərhələdə həyata keçirilir: “Birinci mərhələdə işlərin böyük hissəsi tamamlanıb. Artıq dəmir yolu xətti vasitəsilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınması həyata keçirilir. Hazırda 2 və 3-cü mərhələ üzrə torpaq işləri və mühəndis qurğularının tikintisi həyata keçirilir”.

O əlavə edib ki, layihənin ikinci mərhələsi üzrə təbii relyef Xudafərin hidroqovşağının maksimal qalxma səviyyəsindən aşağıda yerləşdiyinə görə dəmir yolunun Xudafərin hidroqovşağının suyundan qorunması üçün əlavə körpülər tikilib:

“3-cü mərhələ üzrə torpaq işləri və mühəndis qurğuları, o cümlədən 3 ədəd tunelin inşası davam edir. Tunellərdən 2-si qapalı, 1-i isə açıq üsulla inşa edilir. Qapalı üsulla inşa edilən tunellərdə qazma işləri yekunlaşdırılıb, dəmir-beton işləri bitmək üzrədir. Açıq üsulla inşa edilən tuneldə isə beton-suvaq işləri sürətlə davam etdirilir. Horadiz-Ağbənd dəmir yolunun ox üzrə 75.6 km hissəsində rels-şpal çərçivələri quraşdırılıb. Tikinti üzrə ümümi fiziki tərəqqi isə 67% təşkil edir”.

Daha çox foto burada: PhotoStock.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv