Azərbaycanla Macarıstan arasında səhiyyə sahəsində əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycanla Macarıstan arasında səhiyyə sahəsində əməkdaşlıq memorandumu imzalanıb






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Azərbaycan Tibb Universiteti, #Macarıstan, #Sahil Babayev, #Səhiyyə Nazirliyi, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Budapeştdə Azərbaycan Respublikası ilə Macarıstan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib. İclasda Azərbaycanı Hökumətlərarası Komissiyanın həmsədri, maliyyə naziri Sahil Babayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

presstvaz xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Tədbirdə ticarət, investisiya, energetika, səhiyyə, əmək, sosial müdafiə, elm, təhsil, mədəniyyət, turizm və qida təhlükəsizliyi kimi sahələrdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

İclas çərçivəsində səhiyyə sahəsində əməkdaşlığa dair mühüm sənəd – Azərbaycan Tibb Universiteti, Macarıstanın Peç Universiteti, “PannonPharma” və “Scandens Pharmaceuticals” şirkətləri arasında dördtərəfli Anlaşma Memorandumu imzalanıb.

Memorandumun əsas məqsədi Azərbaycan və Macarıstanın tibb mütəxəssisləri üçün təlim proqramlarının təşkili və ali tibb təhsili müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, həmçinin əczaçılıq sənayesində bilik və təcrübə mübadiləsinin təşviq edilməsidir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv