Sabirabadda kişi keçmiş arvadının iş yerində dava saldı, həbs edildi

Sabirabadda kişi keçmiş arvadının iş yerində dava saldı, həbs edildi






presstv

"Presstv"az #Ailə, #Audi, #Hadisə, #İnzibati Xətalar Məcəlləsi, #Sabirabad, #Sabirabad rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sabirabad rayonunda həyat yoldaşı ilə barışmaq istəyən kişi həbs edilib.

presstvaz Teleqraf.com-a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Sahib Vəliyev (adı və soyadı şərtidir) keçmiş həyat yoldaşı Nailənin işlədiyi mağazanın qarşısına gəlib.

O, keçmiş arvadı ilə ailə münasibətlərini bərpa etməyə çalışıb. Lakin Nailə onunla barışmayıb və baş verə biləcək insidentin qarşısını almaq məqsədilə polisə müraciət edib.

Hadisə yerinə gələn polis əməkdaşlarını görən təqsirləndirilən şəxs əsəb gərginliyi keçirib. Bu səbəbdən ictimai yerdə nalayiq ifadələr işlədib və polisin qanuni tələblərinə tabe olmayıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə inzibati xəta protokolu tərtib olunub.

Sabirabad Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs 10 gün müddətində inzibati qaydada həbs edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv