Alimlər dünyada ən bədbəxt yaş qrupunu müəyyən ediblər

Alimlər dünyada ən bədbəxt yaş qrupunu müəyyən ediblər






presstv

"Presstv"az #ABŞ, #Araşdırma, #Audi, #Böyük Britaniy, #Böyük Britaniya, #London, #Sağlamlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ və Böyük Britaniya alimləri Z nəslinə (zumerlər) aid olan 18-24 yaş arası insanların dünyanın 46 ölkəsində ən bədbəxt yaş qrupu olduğunu müəyyən ediblər.

presstvaz-ın “De Telegraaf” nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə məlumat ABŞ-nin Nyu-Hempşir ştatındakı Dartmut Kolleci və London Universitet Kollecinin araşdırmasında yer alıb.

Alimlər Z nəslinin nümayəndələri arasında xoşbəxtliyin azalmasının konkret səbəbini müəyyən edə bilməsələr də, bu nəsildə yaranan bir sıra problemləri qeyd ediblər. Məsələn, bir çox zumer müntəzəm olaraq məktəbə getmir və psixi sağlamlıq problemlərinə görə tez-tez işi erkən tərk edir.

Araşdırmaya görə, Z nəslinin nümayəndələrinin 48%-i psixi sağlamlıq problemlərinin yaranması riski altındadır.

Araşdırma, həmçinin müəyyən edib ki, ən xoşbəxt insanlar 45-70 yaş arası insanlardır. Alimlərin fikrincə, onların psixi sağlamlığı zumerlərdən xeyli yaxşıdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv