Ali Radanın keçmiş spikeri Parubiyin qatilindən etiraf: “Vinnitsada yaşasaydım, Poroşenko olardı”

Ali Radanın keçmiş spikeri Parubiyin qatilindən etiraf: “Vinnitsada yaşasaydım, Poroşenko olardı”






presstv

"Presstv"az #Audi, #Hakim, #Rusiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ukraynada Ali Radanın keçmiş spikeri Andrey Parubiyin qətlində şübhəli bilinən şəxs ifadə verib və törətdiyi cinayəti etiraf edib.

presstvaz-ın xəbərinə görə, bu barədə “UNIAN” “Telegram” kanalı məlumat verib.

O, qətli şəxsi səbəblərdən törətdiyini iddia edib.

“Bəli, mən onu öldürdüm, o, yaxınlıqda idi. Vinnitsada yaşasaydım, Poroşenko olardı. İstəyirəm ki, məni tezliklə mühakimə etsinlər, hərbi əsirlərlə dəyişdirsinlər və mən oğlumun meyitini axtarmaq üçün Rusiyaya gedim”, – deyə o bildirib.

Kişi, həmçinin əlavə edib ki, onun Rusiya xüsusi xidmət orqanlarının nümayəndələri tərəfindən şantaj edilməsi barədə məlumatlar həqiqətə uyğun deyil. Və o, Andrey Parubiyi şəxsi səbəblərdən qətlə yetirib.

Xatırladaq ki, Ukraynada Ali Radanın keçmiş spikeri Andrey Parubiy Lvovda silahdan dəfələrlə atəş açılaraq qətlə yetirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv