“Ağsuda çəkilən yol iki gün sonra yararsız hala DÜŞDÜ” – Sakin ŞİKAYƏTİ

“Ağsuda çəkilən yol iki gün sonra yararsız hala DÜŞDÜ” – Sakin ŞİKAYƏTİ






presstv

"Presstv"az #Audi, #Avto, #Azərbaycan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ağsu rayonunun Bico kəndində yeni çəkilən yol yararsız hala düşdüyü iddia edilir.

presstvaz xəbər verir ki, sosial mediada paylaşılan görüntülərdə yolun bir hissəsinin sıradan çıxdığı qeydə alınıb.

Sakinlərin sözlərinə görə, həmin yolun asfaltlanmasında yapışdırıcı qır və qum örtüyündən istifadə olunmayıb:

“Avqustun 28-də səhər 11-də torpaqlanma işi başladı, saat 1-də yolun asfalt örtüyünün çəkilməsi başa çatdı. Yolun asfaltlanmasında yapışdırıcı qır və qum örtüyündən istifadə olunmayıb. 5.5 metr eni olan yola cəmi 3 metr enində, 1000 metr uzunluğunda asfalt örtüyü vurulub. Avqustun 30-da sözügedən yol yararsız hala düşüb”.

Yolda yaranan vəziyyəti əks etdirən görüntünü təqdim edirik:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) presstvaz-ın məsələ ilə bağlı sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ərazidə yolun yenidən qurulması işləri tam yekunlaşmayıb. Əlavə edilib ki, yola iki laydan ibarət asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv