CCTV Tiencində dövlət və hökumət başçılarının xanımlarının gəmi gəzintisi barədə reportaj yayımlayıb

CCTV Tiencində dövlət və hökumət başçılarının xanımlarının gəmi gəzintisi barədə reportaj yayımlayıb






presstv

"Presstv"az #Audi, #çayda, #Çin, #Çin Xalq Respublikası, #Gəmi, #Şanxay

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Çin Mərkəzi Televiziyası – CCTV sentyabrın 1-də Tiencin şəhərində “Şanxay Əməkdaşlıq Təşkilatı plyus” formatında keçirilən görüşdə iştirak edən dövlət və hökumət başçılarının xanımlarının Hayha çayında gəmi gəzintisi ilə bağlı reportaj yayımlayıb.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, reportajda Çin Xalq Respublikasının birinci xanımı Pen Liyuanın Sammitin iştirakçısı olan xarici ölkə liderlərinin xanımlarını Tiencin şəhərində çayda gəzintiyə dəvət etdiyi diqqətə çatdırılıb.

Bildirilib ki, gəmi gəzintisi zamanı qonaqlar Tiencinin tarixi və inkişafı barədə ətraflı məlumat əldə ediblər.

Reportajda Pen Liyuanın və qonaqların sahil mənzərələrinə tamaşa etdikləri, ənənəvi üçsimli musiqi alətinin ifasını dinlədikləri, səmimi söhbətlər apardıqları və göyərtədə xatirə şəkli çəkdirdikləri xüsusi qeyd olunub. Diqqətə çatdırılıb ki, qonaqlar Çinin ənənəvi mədəniyyətini və müasir inkişafını yüksək qiymətləndiriblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv