TƏBİB: “Astarada ölən 10 aylıq körpə xəstəxanaya çatdırılarkən ürək və nəbz döyüntüləri olmayıb”

TƏBİB: “Astarada ölən 10 aylıq körpə xəstəxanaya çatdırılarkən ürək və nəbz döyüntüləri olmayıb”






presstv

"Presstv"az #Audi, #Həkim, #Körpə, #Lənkəran, #Təcili Tibbi Yardım

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Astarada ölən 10 aylıq körpə komatoz vəziyyətdə xəstəxanaya çatdırılıbmış.

Bu barədə presstvaz-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, ilkin müayinə zamanı körpədə ürək və nəbz döyüntüləri müşahidə edilməyib:

“Sentyabrın 1-də saat 20:00-da bir körpə (kişi cinsli) komatoz vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

İlkin müayinə zamanı körpədə ürək və nəbz döyüntüləri müşahidə edilməyib.

Göstərilən bütün zəruri tibbi xidmətlərə və həkimlərin səylərinə baxmayaraq, saat 20:30-da körpənin ölüm faktı qeydə alınıb”.

Xatırladaq ki, ötən gün Astara rayonunun Siyəkü kənd sakini – 2024-cü il təvəllüdlü körpə Elcan Taleh oğlu Həsənzadənin bədən hərarəti yüksəlib, körpənin valideynləri zəhərləndiyini düşünərək ona sodalı su içiriblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv