Bu 3 əşyanı yataq otağından təcili ATIN

Bu 3 əşyanı yataq otağından təcili ATIN






presstv

"Presstv"az #Allergiya, #Araşdırma, #bel ağrıları, #Həkim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yataq otağı yalnız yuxu üçün məkan deyil, həm də bədənin və zehnin bərpa olunduğu yerdir. Lakin həkimlərin xəbərdarlığına görə, otaqda gündəlik istifadə olunan bəzi əşyalar sağlamlığa ciddi mənfi təsir göstərə bilər.

presstvaz bu barədə xarici mediaya istinadla xəbər verir.

1. Köhnə yastıqlar

1-2 ildən artıq istifadə edilən yastıqlarda toz gənələri, tərləmə nəticəsində yaranan çirklər, allergenlər, göbələk və kif toplanır. Bu isə allergik reaksiyalara, dəri səpgilərinə və hətta əzələ ağrılarına səbəb ola bilər. Yastıqlar hər 1-2 ildən bir dəyişdirilməlidir.

2. Sintetik hava təravətləndiricilər

İkinci təhlükə mənbəyi sintetik ətirli spreylərdir. Onlar xoş qoxu versə də, əslində ftalatlar və uçucu üzvi birləşmələr (UÜB) ifraz edir. Bu maddələr tənəffüs problemlərinə, hormonal pozğunluqlara, hətta reproduktiv sağlamlığa zərərə səbəb ola bilər. Araşdırmalardan birində məlum olub ki, test edilən hava təravətləndiricilərinin 86%-i ftalat tərkiblidir. Onların əvəzinə təbii efir yağlarının istifadəsi məsləhət görülür.

3. İstifadə müddəti bitmiş matraslar

Üçüncü risk faktoru köhnəlmiş matraslardır. 7-10 ildən çox istifadə edilən matras elastikliyini itirir, dəstəyi zəifləyir və bu da xroniki bel ağrılarına və keyfiyyətsiz yuxuya gətirib çıxarır. Matrasın sərtliyi ilə bel nahiyəsində diskomfort arasında birbaşa əlaqə var.

Matrasın dəyişdirilməsinə işarə edən əlamətlər: Yuxudan sonra yorğun qalmaq, matrasın batması və ya səs çıxarması, allergiya əlamətlərinin yaranması.  /Lent.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv