III MDB Oyunları ilə bağlı rəsmi gerisayım mərasimi keçirilib

III MDB Oyunları ilə bağlı rəsmi gerisayım mərasimi keçirilib






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Fərid Qayıbov, #Hakim, #III MDB Oyunları, #Qəbələ, #Şəki

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gəncədə III MDB Oyunlarının rəsmi gerisayım mərasimi keçirilib.

presstvaz xəbər verir ki, tədbirdə Oyunların Təşkilat Komitəsinin sədr müavini, gənclər və idman naziri Fərid Qayıbov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev iştirak ediblər.

Adil Tağıyev qeyd edib ki, III MDB Oyunlarına hazırlıq çərçivəsində şəhərdə genişmiqyaslı təmir-tikinti işləri aparılır. Gəncədə, həmçinin Qafqazın ən böyük idman sarayı inşa olunub.

Mərasim çərçivəsində geniş ictimaiyyətə III MDB Oyunlarının rəsmi talismanları – Bəbir və Leyla təqdim olunublar.

Tədbirin əsas məqamı xüsusi quraşdırılmış stendlərdə gerisayım saatlarının işə salınması olub.

III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində keçiriləcək: Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda olacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv