Ukraynada Ali Radanın keçmiş spikeri Andrey Parubiyin qətlində şübhəli bilinən şəxs saxlanılıb

Ukraynada Ali Radanın keçmiş spikeri Andrey Parubiyin qətlində şübhəli bilinən şəxs saxlanılıb






presstv

"Presstv"az #Audi, #Rusiya, #Ukrayna, #Volodimir Zelenski

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ukraynada Ali Radanın keçmiş spikeri Andrey Parubiyin qətlində şübhəli bilinən şəxs saxlanılıb.

presstvaz-ın xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz “Telegram” kanalında məlumat verib.

“Ukraynanın daxili işlər naziri İqor Klimenko və Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk Andrey Parubiyin qətlində şübhəli bilinən şəxsin saxlanması barədə məlumat verdilər. Hazırda lazımi istintaq hərəkətləri aparılır. Mən ictimaiyyətə mövcud məlumatların çatdırılmasını tapşırmışam”, – deyə Zelenski bildirib.

O, daha sonra saxlanılan şəxsin ilk dindirilməsinin də baş tutduğunu qeyd edib.

“Mən indicə baş prokuror Ruslan Kravçenko ilə danışdım. O, Andrey Parubiyin qətlində şübhəli bilinən şəxslə bağlı gələcək prosessual addımlar barədə məlumat verdi. Şübhəlinin ilk ifadəsi alınıb. Hazırda qətlin bütün hallarının müəyyənləşdirilməsi üçün növbəti təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilir”, – deyə Volodimir Zelenski bildirib.

Qeyd edək ki, artıq Ukrayna “Telegram” kanallarında Andrey Parubiyin qatilinin həbsi ilə bağlı ilk fotolar dərc edilib. Polis onu 36 saat ərzində tapdığını deyib.

Həmçinin yayılan məlumatlarda cinayətin təsadüfi olmadığı, Rusiya izinin olduğu qeyd edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv