İslandiya millisinin baş məşqçisi: “Azərbaycanla oyun mənim üçün xüsusi an olacaq”

İslandiya millisinin baş məşqçisi: “Azərbaycanla oyun mənim üçün xüsusi an olacaq”






presstv

"Presstv"az #Ailə, #Audi, #Azərbaycan, #Fransa, #Hadisə, #Paris

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycanla ev oyununda qələbə qazanmaq olduqca vacibdir”.

presstvaz xəbər verir ki, İslandiya yığmasının baş məşqçisi Arnar Qunnlauqsson DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçiriləcək oyun haqqında danışıb:

“Azərbaycanla oyun mənim üçün xüsusi an olacaq. Bu, “Laugardalsvöllur” stadionunda ilk matçımdır. Mənim və ailəm üçün çox böyük hadisədir. Bu stadion indi dünya səviyyəsinə uyğundur. Azərbaycanla ev oyununda qələbə qazanmaq olduqca vacibdir. Kağız üzərində Azərbaycan qrupun ən zəif komandası göstərilə bilər. Ancaq hər şeyə meydanda aydınlıq gəlir. Fransa ilə görüşdə stadionun dolacağını bilirəm. Amma Azərbaycana qarşı da azarkeşlərin dəstəyi bizim üçün əvəzsiz olar. Gəlin, dünya çempionatına vəsiqə qazanmağa birgə çalışaq”.

Qeyd edək ki, İslandiya millisi sentyabrın 5-də Reykyavikdə Azərbaycanla, dörd gün sonra isə Parisdə Fransa ilə qarşılaşacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv