Ürək-damar xəstəliklərinin qabağını təbii üsullarla almaq mümkündür

Ürək-damar xəstəliklərinin qabağını təbii üsullarla almaq mümkündür






presstv

"Presstv"az #Audi, #Həkim, #kərə yağı, #Rusiya, #Sağlam qidalanma

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ürək-damar xəstəlikləri bütün dünyada ölümün əsas səbəbidir. Bununla belə, qida korreksiyası da daxil olmaqla, bu xəstəliklərin əhəmiyyətli hissəsinin qabağını almaq mümkündür. Ürək-damar sistemi üçün ən qiymətli məhsullardan biri balıq və dəniz məhsullarıdır”.

presstvaz xəbər verir ki, bu barədə Gazeta.ru-ya Rusiya Piroqov Universitetinin dosenti Elvira Xaçirova məlumat verib.

“Ürək-damar sistemi üçün ən qiymətli məhsullardan biri balıq və dəniz məhsullarıdır. Yağlı balıq sortları xüsusilə faydalıdır – qızılbalıq, skumbriya, sardina, tuna və siyənək. Bu məhsullar ürək və qan damarlarına kompleks müsbət təsir göstərən Omeqa-3 yağ turşuları ilə zəngindir. Maksimum fayda əldə etmək üçün həftədə ən azı iki dəfə balıq yeyin”, – deyə o vurğulayıb.

Həkimin sözlərinə görə, tərəvəzlər də ürək və qan damarları üçün vacib məhsullardandır. Brokoli, ispanaq, kələm, yerkökü, çuğundur və bolqar bibəri xüsusilə faydalıdır.

“Sadalanan məhsullardan istifadə etməklə yanaşı, sağlam qidalanmanın ümumi prinsiplərinə riayət etmək vacibdir: doymuş yağların (yağlı ət, kərə yağı) qəbulunu məhdudlaşdırın və trans yağlardan çəkinin (çox vaxt sənaye üsulu ilə hazırlanmış çörək məhsullarında olur), duz qəbulunu tövsiyə olunan səviyyəyə qədər azaldın (gündə 5 qramdan çox olmamalıdır), qan təzyiqinə nəzarət edin, şəkər və şirniyyatların qəbulunu məhdudlaşdırın və fiziki aktivliyi də unutmayın”, – deyə o əlavə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv