Paşinyan “bitdi” dedi, Rusiya isə Zəngəzurdan əl çəkmir

Paşinyan “bitdi” dedi, Rusiya isə Zəngəzurdan əl çəkmir






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Ermənistan, #İrəvan, #Nikol Paşinyan, #Rusiya, #Rusiya XİN, #Vaşinqton, #Zəngəzur dəhlizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın bu ilin noyabrında 5 ili tamam olacaq Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatına istinad etməsi Kremlin saman çöpündən yapışmasına bənzəyir. Məsələ bitib.

presstvaz xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya XİN rəsmisi Mariya Zaxarovanın Zəngəzur dəhlizi ilə bağlı 2020-ci il 9/10 noyabr bəyanatına istinad etməsi haqda qeyd edib.

“Birincisi, 9/10 noyabr bəyanatı qəbul ediləndə Qarabağda separatizmin kökü hələ kəsilməmişdi, ərazi bütövlüyümüzü tam təmin etməmişdik. Azərbaycan bəyanatın qəbulunun 3-cü ilində ərazi bütövlüyünü təmin etdi. İkincisi, rus hərbçiləri evlərinə yola salınıblar. Üçüncüsü, Vaşinqtonda qəbul olunan razılaşmaya görə, Zəngəzur dəhlizinin tikintisi və işlədilməsiylə bağlı konsorsium qurulacaq və sənəddə dəhlizi Rusiya hərbi qüvvələrinin qoruyacağına dair bənd yoxdur. Bütün bunlar ortada varkən, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib ki, “2020-ci ilin üçtərəfli razılaşmaları aktual olaraq qalır, tərəflərdən heç biri onlardan çıxmayıb, bu barədə sənədlər də mövcud deyil”. Bu lap özü olmayan, ancaq quru adı qalan Minsk Qrupunun “varlığına” bənzəyir ki, o da son günlərini yaşayır. Kremlin İrəvanla və Bakı ilə münasibətləri soyuqdur, üç iştirakçıdan ikisi 9/10 noyabrın tarixdə qaldığını bildirirsə, üçüncünün israrla “bəyanat qüvvədədir” xatırlatmasının heç bir əsası yoxdur”, – o bildirib.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan 9/10 noyabr bəyanatının tarixdə qaldığını bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv