Bu balıqları ayda 3 dəfə yesəniz, xərçəng "qapınızı TANIMAYACAQ"

Bu balıqları ayda 3 dəfə yesəniz, xərçəng "qapınızı TANIMAYACAQ"






presstv

"Presstv"az #Araşdırma, #diabet, #Omega-3, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son araşdırmalar göstərir ki, balıq yemək qadınlarda uzunömürlülüyə və sağlamlığa ciddi təsir göstərə bilər. Ənənəvi olaraq diqqət daha çox iri balıqlara, məsələn, losos və tuna balığına yönəldilsə də, alimlər hesab edirlər ki, kiçik balıqlar eyni dərəcədə faydalıdır.

presstvaz bu barədə xarici mediaya istinadən xəbər verir.

Araşdırmanın nəticələri

Yaponiyada aparılan genişmiqyaslı tədqiqatda 80 802 nəfər (34 555 kişi və 46 247 qadın) iştirak edib. Onların qidalanma vərdişləri sorğular vasitəsilə öyrənilib. 9 il ərzində 2 482 nəfər (1495-i xərçəngdən) dünyasını dəyişib.

Nəticələr göstərib ki, kiçik balıq yeyən qadınlarda ölüm riski xeyli aşağıdır.

Kiçik balığı ayda 1-3 dəfə yeyən qadınlarda ümumi ölüm riski 32%, xərçəngdən ölüm riski isə 28% azalır.

Onu həftədə 1-2 dəfə və daha çox yeyən qadınlarda ümumi ölüm riski 28-31%, xərçəngdən ölüm riski isə 29-36% azalır.

Niyə kiçik balıq faydalıdır?

Mütəxəssislər bildirirlər ki, kiçik balıq adətən tam halda – başı, sümüyü və daxili orqanları ilə birlikdə yeyilir. Bu isə onu kalsium, D və A vitaminləri ilə zəngin edir.

Bundan əlavə, sardina, ançous, kiçik skumbriya və seld kimi balıqlar omega-3 yağ turşuları və zülal baxımından da zəngindir. Bu maddələr sümük və immun sistemini möhkəmləndirir, ürək, əzələ və dəri sağlamlığını dəstəkləyir, maddələr mübadiləsini tənzimləyir, mxroniki iltihabı azaldaraq şəkərli diabet, ürək-damar xəstəlikləri və astma riskini aşağı salır.

Hansı balıqları almaq olar?

Ekspertlər ən əlçatan variant kimi sardina, ançous, kiçik skumbriya və seldi tövsiyə edirlər. Ən praktik seçim isə konservləşdirilmiş formadır. Bu məhsullar demək olar ki, bütün supermarketlərdə tapılır.  /Lent.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv