Türkiyənin yeni Baş Qərargah rəisi Azərbaycana səfər edəcək

Türkiyənin yeni Baş Qərargah rəisi Azərbaycana səfər edəcək






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Azərbaycan-Türkiyə münasibətləri, #İlham Əliyev, #İstanbul, #Rəcəb Tayyib Ərdoğan, #Selçuk Bayraktar, #Şuşa, #Türkiyə, #Yeni təyinat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Hazırda Azərbaycan-Türkiyə münasibətləri ən yüksək səviyyədədir”.

presstvaz xəbər verir ki, bunu Türkiyənin Zəfər Bayramına həsr edilən mərasimdə Azərbaycan müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev deyib.

O qeyd edib ki, əlaqələrin bu səviyyəyə çatmasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın müstəsna rolu var:

“Ölkələrimiz arasında mövcud tarixi, dini, iqtisadi, mədəni və digər əlaqələr hərbi sahədə əməkdaşlığımızın inkişafı üçün yeni imkanlar yaradır”.

General-polkovnik vurğulayıb ki, Azərbaycan-Türkiyə münasibətləri Şuşa Bəyannaməsinə əsaslanan müttəfiqlik prinsiplərinə söykənir. Bu Bəyannamədən irəli gələn tələblərə uyğun olaraq ordumuzun gücü artırılır, müdafiə sahəsində ardıcıl və zəruri tədbirlər həyata keçirilir.

“İyul ayında İstanbulda iki ölkənin müdafiə nazirləri tərəfindən imzalanan “Qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu” hərbi əməkdaşlığımızı keyfiyyətcə yeni mərhələyə yüksəltdi. Avqustun əvvəlində isə Türk Silahlı Qüvvələrinin rəhbərliyində yeni təyinatlar oldu. Əminəm ki, bu dəyişikliklər də hərbi sahədə əməkdaşlığımızın inkişafına növbəti təkan verəcək. Türkiyə Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi, ordu generalı Selçuk Bayraktaroğlunun yaxın günlərdə ölkəmizə nəzərdə tutulan səfəri ordularımız arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək”, – Kərim Vəliyev əlavə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv