“Bağırov” körpüsünün üzərindəki yol NƏ ZAMAN AÇILACAQ?

“Bağırov” körpüsünün üzərindəki yol NƏ ZAMAN AÇILACAQ?






presstv

"Presstv"az #Audi, #Avto, #Azərbaycan, #Bakı, #Bəxtiyar Hacıyev, #Heydər Əliyev, #Nəqliyyat, #Nərimanov rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avqustun 28-də açılması gözlənilən “Bağırov” körpüsünün üzərindəki yolun hələ də bağlı qalması sakinlərin narazılığına səbəb olub.

presstvaz xəbər verir ki, söhbət “Bağırov” körpüsünün üzərində yerləşən geriyə dönmə hissəsində (metronun “Koroğlu” stansiyasından şəhər və əks istiqamətlərdə) nəqliyyat vasitələrinin hərəkətinin tam məhdudlaşdırıldığı ərazidən gedir.

Yolun niyə açılmaması ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanladıq.

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev Oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, Bakı-Keşlə sahəsində, “Bağırov körpüsü” kimi tanınan ərazidə dəmir yollarının əsaslı təmiri işləri sentyabrın əvvəllərində başa çatdırılacaq.

“Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektində yerləşən Bağırov yolötürücüsü üzərindən geriyə dönmə hissəsində (şəhərdən Əliyar Əliyev küçəsi istiqamətinə) avtomobil yolunun 30 avqustda, “Bağırov” körpüsünün üzərindəki geriyə dönmədə (metronun “Koroğlu” stansiyasından şəhər və əks istiqamətlərdə) yolun isə sentyabrın 1-də açılması nəzərdə tutulur”,- deyə B. Hacıyev bildirib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli isə presstvaz-ın sorğusuna cavabında qeyd edib ki, bu barədə Agentliyə hələ məlumat daxil olmayıb:

“Məlumat daxil olan kimi ictimaiyyətə açıqlama veriləcək”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv