Əraqçı: “İran yeni nüvə sazişi üzərində işləməyə hazırdır”

Əraqçı: “İran yeni nüvə sazişi üzərində işləməyə hazırdır”






presstv

"Presstv"az #Almaniya, #Antonio Quterreş, #Audi, #Böyük Britaniy, #Böyük Britaniya, #Fransa, #İran, #Tehran

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“İran əgər onun maraqları nəzərə alınarsa, İslam Respublikasının nüvə proqramı ilə bağlı yeni razılaşma əldə edilməsi üçün dünya gücləri ilə konstruktiv əməkdaşlığı davam etdirmək niyyətindədir”.

presstvaz-ın xəbərinə görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçı BMT-nin Baş katibi Antonio Quterreşə ünvanladığı məktubda bildirib.

“İran İslam Respublikası bir daha yeni razılaşmanın əldə edilməsinə yönəlmiş konstruktiv diplomatik qarşılıqlı fəaliyyətə sadiqliyini vurğulayır. Razılaşma İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsi üzrə hüquqlarına əməl etməklə, tərəflərin bütün narahatlıqlarını, o cümlədən İran xalqının rifahına qarşı yönəlmiş sərt sanksiyaları nəzərə alacaq”, – deyə onun “Telegram” kanalında məktubdan bir fraqment təqdim olunub.

Xatırladaq ki, avqustun 28-də Böyük Britaniya, Almaniya və Fransa “snapback” mexanizminin işə salınmasına təşəbbüs göstəriblər. Eyni zamanda, “avroüçlük” ölkələri BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin qüvvədə olma müddətini uzatmaq üçün İranın nüvə proqramı üzrə danışıqları 30 gün davam etdirməyə hazır olduqlarını bəyan ediblər, hansı ki, respublikaya qarşı oktyabrın 18-də başa çatacaq sanksiyaların ləğvini nəzərdə tutur.

İran Xarici İşlər Nazirliyi də öz növbəsində Böyük Britaniya, Almaniya və Fransanın BMT-nin İslam Respublikasına qarşı sanksiyalarının bərpası prosesinə başlamaq qərarını “təxribatçı və əsassız eskalasiya” adlandırıb. Tehran “avroüçlük” ölkələrinin hərəkətlərinə “lazımi şəkildə” cavab veriləcəyini vəd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv