BMT sülhməramlıları Livanı tərk edəcəklər

BMT sülhməramlıları Livanı tərk edəcəklər






presstv

"Presstv"az #ABŞ, #Audi, #Fransa, #İran, #İsrail, #Livan, #Müharibə, #Qəzza, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

BMT Təhlükəsizlik Şurası Livandakı UNIFIL sülhməramlı missiyasının 2026-cı ilin sonuna qədər başa çatdırılması və daha sonra personalın ölkədən çıxarılması barədə qərarı yekdilliklə dəstəkləyib.

presstvaz xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Belə ki, qərar avqustun 28-də Fransa və ABŞ arasında aparılan danışıqlardan sonra Şuranın 15 üzvü tərəfindən qəbul edilib.

Beləliklə, UNIFIL-in mandatı 31 dekabr 2026-cı ilədək qüvvədə olacaq. Həmin tarixdən sonra isə sülhməramlıların mərhələli və təhlükəsiz şəkildə çıxarılmasına başlanacaq. Bu proses Livan hökuməti ilə sıx koordinasiya şəraitində həyata keçiriləcək.

Xatırladaq ki, 2024-cü ilin noyabrında ABŞ Livan və İsrail arasında atəşkəsin əldə olunmasında vasitəçilik etmişdi. Bu razılaşma Qəzza müharibəsi fonunda bir ildən artıq davam edən döyüşlərdən sonra mümkün olmuşdu. Vaşinqton “Hizbullah”ı tərksilah etmək və qrupun İran maliyyəsindən asılılığını azaltmaq üçün Körfəz ölkələrinin dəstəyi ilə Livanın cənubunda iqtisadi inkişaf zonası yaratmaq planını irəli sürür.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv