İspaniyada ənənəvi pomidor döyüşləri baş tutdu

İspaniyada ənənəvi pomidor döyüşləri baş tutdu






presstv

"Presstv"az #Audi, #İspaniya, #İspaniyanın, #Yük maşını

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İspaniyanın kiçik Bunyol şəhərində məşhur “Tomatina” festivalı baş tutub.

presstvaz xəbər verir ki, bu barədə “El Pais” məlumat yayıb.

Minlərlə festival iştirakçısı bir-birinə 120 ton pomidor atıb. Günortaya yaxın bir neçə yük maşını mərkəzi şəhər meydanına pomidor gətirib. Bundan sonra şəhərdə xaos başlayıb.

Qeyd edək ki, festivalda 2013-cü ildən etibarən iştirakçıların sayını 20 000 nəfərlə məhdudlaşdıran rəsmi bilet satışı sistemi fəaliyyət göstərir. Bütün dünyada məşhurlaşan tərəvəz döyüşü hər il avqustun axır çərşənbəsində keçirilir.

Kiçik İspan şəhərciyinə dünyanın hər yerindən turistlər gəlirlər. Ənənəvi olaraq döyüş təxminən bir saat davam edir. “Tomatina” İspaniya televiziyasında yayımlanır. Festivalın rəngarəngliyini vurğulamaq üçün bir çox iştirakçı ağ köynək geyinir.

Döyüşlər başa çatdıqdan sonra su şlanqları və yanğınsöndürən maşınların köməyi ilə küçələr və evlər pomidor qalıqlarından təmizlənir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv