Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımalarından gəlirlər 35%-ə yaxın artıb

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımalarından gəlirlər 35%-ə yaxın artıb






presstv

"Presstv"az #Azərbaycan, #Dövlət Statistika Komitəsi, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın hava nəqliyyatı ilə yük və sərnişindaşımasından əldə etdiyi gəlir 1 978 050.3 min manat səviyyəsində olub, bu da 2024-cü ilin müvafiq dövrünün göstəricisi (2 187 609.8 min manat) ilə müqayisədə 9.6% azdır.

presstvaz xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, cari ilin birinci rübündə hava nəqliyyatı ilə yüklərin daşınmasından əldə edilən gəlirlər 1 108 646 manat təşkil edib ki, bu da illik müqayisədə 13.9% azdır.

Qeyd olunan gəlirlərin əsas həcmi (1 108 113.6 min manatı) beynəlxalq yükdaşımalarının, qalan hissəsi (532.4 min manatı) isə ölkədaxili yükdaşımalarının payına düşüb. Bu göstəricilər illik müqayisədə müvafiq olaraq 13.9% və 23.4% azalıb.

Hesabat dövründə hava nəqliyyatı ilə sərnişindaşımalarından əldə olunan gəlir 869 404.3 manat təşkil edib ki, bu da illik ifadədə 3.4% azdır. Gəlirlərin əsas payı beynəlxalq sərnişindaşımalarının payına – 831 301.1 manat (4.6% azalma), ölkədaxili daşımaların payına isə 38 103.3 manat (34.5% artım) düşüb.

Qeyd etmək lazımdır ki, cari ilin birini yarısında hava nəqliyyatı ilə yükdaşımalarının həcmi 187.6 min ton (10.5% azalma), sərnişindaşımalarının həcmi isə 1 861.1 min nəfər (2.6% artım) təşkil edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv