Abşeron dəmiryol marşrutu üzrə yeni hərəkət cədvəlinin tətbiq olunacağı vaxt açıqlanıb

Abşeron dəmiryol marşrutu üzrə yeni hərəkət cədvəlinin tətbiq olunacağı vaxt açıqlanıb






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Bəxtiyar Hacıyev, #Təmir işləri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakı-Keşlə dəmiryol sahəsində, “Bağırov körpüsü” kimi tanınan ərazidəki dəmiryol infrastrukturunda əsaslı təmir işlərinin sentyabrın əvvəlində başa çatdırılması planlaşdırılır.

presstvaz xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Hacıyev APA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, qeyd olunan ərazidə dəmiryol infrastrukturunda avqustun 6-dan əsaslı təmir işlərinə başlanılıb. Bununla əlaqədar olaraq Abşeron dairəvi və rayonlararası istiqamətlərdə hərəkət edən qatarların qrafikində bəzi dəyişikliklər edilib. Sonuncu belə dəyişikliklər avqustun 19-dan etibarən tətbiq olunub.

“Təmir işlərinin sentyabrın əvvəllərində başa çatdırılması planlaşdırılır. Təmir işləri tam yekunlaşdıqdan sonra Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların yeni hərəkət cədvəli tətbiq olunacaq”, – deyə Bəxtiyar Hacıyev qeyd edib.

O əlavə edib ki, yeni hərəkət cədvəlinin sentyabrın 15-nə kimi tətbiq olunması planlaşdırılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv