700 bal toplayan abituriyentlər hansı universiteti SEÇDİLƏR?

700 bal toplayan abituriyentlər hansı universiteti SEÇDİLƏR?






presstv

"Presstv"az #Ailə, #Azərbaycan, #Azərbaycan Tibb Universiteti, #Həkim, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu il iki abituriyent – Orxan Abdulsəmədli və Sona Nurməmmədli qəbul imtahanında 700 bal toplayıblar.

presstvaz xəbər verir ki, AzEdu.az ixtisas seçiminin nəticələri ilə bağlı hər iki tələbə ilə əlaqə saxlayıb, təəssüratlarını öyrənib.

Orxan Abdulsəmədli Azərbaycan Tibb Universitetinin Müalicə işi (tədris ingilis dili üzrə) ixtisasına qəbul olub:

“Maksimum nəticə göstərdiyim üçün ali məktəbə qəbul olacağımı bilirdim. Yəni ixtisas seçiminin nəticələri mənə sürpriz olmadı.

Ailə üzvlərimlə sevincimi bölüşdüm. Tələbə adını qazanmaq çox gözəl hissdir. Çox sevindim. Təhsilimi davam etdirib, peşəkar həkim olmaq istəyirəm”.

700 bal toplayan digər tələbə Sona Nurməmmədli Azərbaycan Tibb Universitetinin (ATU) Tibb ixtisasına qəbul olduğunu bildirib:

“Əslində, 9-cu sinifdən sonra valideynlərimin və müəllimlərimin dəstəyi ilə ixtisasımı müəyyənləşdirmişdim. Tibb ixtisası üzrə təhsil almaq qərarına gəldim. Həmçinin bu sahəyə özümün də böyük marağım var.

700 bal topladığımı öyrəndiyim an keçirdiyim sevinc hislərini dünən bir daha yaşadım. Həddən artıq çox sevindim. Ailə üzvlərim də təbii ki, çox sevindilər.

İlk növbədə ali təhsilimi mükəmməl şəkildə almaq istəyirəm. Daha sonra rezidentura təhsilini isə xaricdə davam etdirməyi düşünürəm. Lakin bu barədə tam dəqiq qərar verməmişəm. Vətənimə layiqli, savadlı kadr olmaq istəyirəm.

Abituriyentlərə tövsiyə edirəm ki, çətinliklərə baxmayaraq, heç vaxt məqsədlərindən dönməsinlər. Təbii ki, bu yol onlara çətin görünə bilər. Amma əsas odur ki, qarşılarında məqsədləri olsun. Mütləq sistemli şəkildə çalışsınlar. Həmçinin istirahətlərinə də vaxt ayırsınlar”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv