Ağdərənin Talış kənd tam orta məktəbinin bütün məzunları tələbə adını qazanıblar

Ağdərənin Talış kənd tam orta məktəbinin bütün məzunları tələbə adını qazanıblar






presstv

"Presstv"az #Bakı, #Çin, #Gəncə Dövlət Universiteti, #Orta məktəb, #Təhsil, #Tikinti və İdarəetmə Xidməti, #Xankəndi şəhəri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İşğaldan azad olunmuş Ağdərə rayonunun Talış kənd tam orta məktəbinin məzunları növbəti uğura imza atıblar.

presstvaz xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, 2024-2025-ci tədris ili üzrə məktəbin buraxılış sinfini bitirən bütün şagirdlər ali təhsil müəssisələrinə qəbul olunaraq tələbə adını qazanıblar:

“Ən yüksək nəticəni Nigar Məmmədli göstərib. O, 609 balla Bakı Dövlət Universitetinə qəbul olunub. Digər məzunlardan Lalə Alışova Memarlıq və İnşaat Universitetində, Sirat Qarayev Xəzər Universitetində, Çinarə Qarayeva Gəncə Dövlət Universitetində təhsillərini davam etdirəcəklər”.

Qeyd edək ki, Talış kənd tam orta məktəbini bu il ümumilikdə dörd nəfər bitirib və onların hər biri tələbə adını qazanmaqla məktəbin tarixində mühüm nailiyyətə imza atıblar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv