Xarici ölkədə Azərbaycan dili müəllimi axtarılır

Xarici ölkədə Azərbaycan dili müəllimi axtarılır






presstv

"Presstv"az #Azərbaycan, #Kitab, #Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA), #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qırğız Respublikasında Azərbaycan dili müəllimi vakansiyası üzrə müsabiqə elan edilir.

presstvaz xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, Azərbaycan dilinin, mədəniyyətinin, tarixinin və milli dəyərlərinin Qırğız Respublikasında tanıdılması və azərbaycançılıq ruhunun aşılanması məqsədilə Bişkek şəhərində fəaliyyət göstərən Nizami Gəncəvi adına 103 nömrəli məktəbdə Azərbaycan dili fənnini tədris edəcək müəllimin işə qəbulu üzrə müsabiqə elan olunur.

Namizəd üçün tələb olunan meyarlar:

– müvafiq ixtisas üzrə ali pedaqoji təhsil;

– MİQ-də iştirak və ya minimum 3 (üç) il pedaqoji staj;

– multikultural mühitdə işləmək, təşəbbüskarlıq və ünsiyyət bacarıqları;

– xarici dil bilikləri (rus və ya qırğız dili).

Tələb olunan sənədlər:

– şəxsiyyət vəsiqəsinin surəti;

– ali təhsil haqqında diplomun surəti;

– tərcümeyi-hal (CV);

– əmək kitabçasının surəti (əgər varsa);

– tövsiyə məktubu (əgər varsa);

– motivasiya məktubu (müsabiqədə iştirak məqsədini izah edən).

Müsabiqə üzrə mərhələlər:

– I mərhələ – müraciətlərin qəbulu və sənədlərin yoxlanılması;

– II mərhələ – pedaqoji fəaliyyətin qiymətləndirilməsi (müsahibə və ya dərs təqdimatı);

– ⁠III mərhələ – Müsabiqə komissiyası tərəfindən yekun qərarın verilməsi.

Əmək müqaviləsinin müddəti:

– 1 (bir) tədris ili.

Müəllimin əməkhaqqı Qırğız Respublikası tərəfindən, digər xərclər isə Azərbaycan Respublikası tərəfindən qarşılanacaq.

Son qeydiyyat tarixi avqustun 28-i saat 21:00-dır. Müraciət üçün ünvan – irm@arti.edu.az.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv