Kəlbəcərə ilk köçənlərdən biri Hökumə Əliyevanın ailəsidir

Kəlbəcərə ilk köçənlərdən biri Hökumə Əliyevanın ailəsidir






presstv

"Presstv"az #Ailə, #Aktau, #Aktau şəhəri, #Azərbaycan, #Hökumə Əliyeva, #İlham Əliyev, #Mehriban Əliyeva, #Məcburi köçkün, #Qazax, #Qazaxıstan, #Qroznı, #Rusiya, #Sərəncam, #təyyarə, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərinə səfər ediblər. Dövlət başçısı və birinci vitse-prezident şəhərdə 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər.

presstvaz Modern.az-a istinadən xəbər verir ki, Kəlbəcərə köç edənlər arasında Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həyatını itirən Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi də var.

Onlar yaşayış kompleksində evlə təmin olunublar.

Məlumatı Hökumənin atası Cəlil Alıyev təsdiqləyib. O, Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya ailəsi adından təşəkkür edib.

Xatırladaq ki, qəza dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verib. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb. Təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

Prezident İlham Əliyevin sərəncamı ilə 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Hökumə Əliyeva qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüb.

Hökumə Əliyeva 8 avqust 1991-ci ildə Kəlbəcər rayonunda anadan olub. Ailəsi 1993-cü ildə kəndlərinin işğalı səbəbindən məcburi köçkün düşüb. Onlar Samux rayonunda yaşayıblar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv