Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsinə başlanılıb

Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsinə başlanılıb






presstv

"Presstv"az #Əli Əsədov, #Hakim, #İlham Əliyev, #İqtisadiyyat Nazirliyi, #Nazirlər Kabineti, #Nəqliyyat, #Sərəncam, #Torpaq sahəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Baş nazir Əli Əsədov Prezident İlham Əliyevin “Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında” 11 avqust 2025-ci il tarixli Sərəncamının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb.

presstvaz xəbər verir ki, sərəncama əsasən, Sumqayıt Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla, Sumqayıtın Sülh prospektində yerləşən və “Azərboru” ASC-nin istifadəsindəki dövlət mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid 26.67 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə İqtisadi Zonaların İnkişafı Agentliyinin istifadəsinə verilməsini iki ay müddətində təmin etməli, bu barədə Nazirlər Kabinetinə məlumat verməli, sərəncamdan irəli gələn məsələləri həll etməlidirlər.

Sərəncamın icrası Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv