Estoniya hökuməti vətəndaşlarını Rusiyaya səfərdən imtina etməyə çağırıb

Estoniya hökuməti vətəndaşlarını Rusiyaya səfərdən imtina etməyə çağırıb






presstv

"Presstv"az #Estoniya, #Rusiya, #Xarici İşlər Nazirliyi (XİN)

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Estoniya Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarını Rusiyaya səfərdən tamamilə çəkinməyi tövsiyə edir.

presstvaz xəbər verir ki, bu barədə ERR portalı məlumat yayıb.

“Son vaxtlar XİN-ə və Estoniyanın Moskvadakı səfirliyinə vətəndaşların Rusiya güc strukturlarının diqqət mərkəzində olması ilə bağlı bir neçə hal barədə məlumatlar daxil olub. Rusiyada müvəqqəti olan Estoniya vətəndaşlarına ölkədə qalmağın zəruriliyini diqqətlə ölçüb-biçmək tövsiyə olunur”, – deyə XİN-in konsulluq şöbəsinin baş direktoru Tiyna Nirk bildirib.

XİN, həmçinin ölkə vətəndaşlarına Estoniyaya mümkün qədər tez qayıtmağı tövsiyə edir.

Nirk xatırladıb ki, Estoniyanın Rusiyadakı yeganə nümayəndəliyi Moskvada yerləşir və digər Aİ ölkələrinin oradakı diplomatik missiyalarının sayı da əhəmiyyətli dərəcədə azalıb. Buna görə də zəruri hallarda konsulluq yardımı almaq son dərəcə çətin və bahalı ola bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv