İsmayıllıda ətin qiyməti BAHALAŞDI

İsmayıllıda ətin qiyməti BAHALAŞDI






presstv

"Presstv"az #Bahalaşma, #Bazar qiymətləri, #Hakim, #İsmayıllı rayonu, #Qiymət artımı, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İsmayıllı rayonunda son bir ayda ətin qiyməti orta hesabla iki manat artıb.

presstvaz Xəzər TV-yə istinadən xəbər verir ki, satıcıların sözlərinə görə, qiymətlərin qalxmasına əsas səbəb rayonda heyvanların sayının azalması və yem-otun bahalaşmasıdır.

Onların fikrincə, bahalaşma təkcə alıcılara deyil, həm də satıcılara mənfi təsir göstərib. Əvvəllər gün ərzində 80-100 kiloqram ət sata bildikləri halda, indi bu rəqəm 40-50 kiloqrama düşüb.

Alıcılar da qiymət artımından narazılıqlarını bildiriblər.

Məsələ ilə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətindən verilən açıqlamada bildirilib ki, bazar qiymətlərinə müdaxilə qurumun səlahiyyətlərinə daxil deyil.

Qeyd olunub ki, qiymət artımı bazar münasibətləri əsasında formalaşır və dövlət qurumlarının bu prosesə təsir imkanları məhduddur.

Ətraflı süjetdə:

 

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv