Bu qidalar böyrəklərdə daş yaradır

Bu qidalar böyrəklərdə daş yaradır






presstv

"Presstv"az #Həkim, #Həkim məsləhəti, #Qırmızı ət

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bəzi qidaların davamlı şəkildə istehlakı böyrəkdaşı riskini artırır.

presstvaz xəbər verir ki, həkimlərin sözlərinə görə xüsusilə oksalatla zəngin məhsullar, yəni ispanaq, çuğundur, rəvənd, qoz-fındıq və şokolad bu baxımdan təhlükəlidir.

Bundan başqa, gündəlik duz norması aşılarsa, sidikdə kalsium səviyyəsi yüksəlir ki, bu da daş əmələ gəlməsinə səbəb ola bilər. Qırmızı ət, balıq və daxili orqan ətlərinin həddindən artıq istifadəsi də sidik turşusunun artmasına yol açır.

Mütəxəssislər qazlı içkilərdə və hazır qidalarda olan fruktozanın da böyrək sağlamlığına mənfi təsir etdiyini bildirirlər. Süni C vitamini əlavələri və şəkərli qidalar da risk qrupuna daxil edilir.

Qeyd edək ki, böyrəkdaşı problemi olan şəxslər həkim məsləhəti olmadan pəhriz dəyişikliklərinə başlamamalıdır. Daşın növünə görə qidalanma fərqli ola bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv