Bu şəxslərə pensiya verilməsi dayandırılacaq

Bu şəxslərə pensiya verilməsi dayandırılacaq






presstv

"Presstv"az #Azərbaycan, #Vüqar Bayramov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda vətəndaşlara təyin olunmuş əmək pensiyalarının yalnız müəyyən hallarda dayandırılması və ya ləğv edilməsi mümkündür. Bu, əsasən pensiya təyinatı zamanı qanunvericiliyin tələblərinin pozulması aşkarlandıqda həyata keçirilir.

presstvaz xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən millət vəkili Vüqar Bayramov pensiya təyinatı zamanı müəyyən edilmiş qaydaların pozulduğu halda bu ödənişlərin dayandırılmasının mümkün olduğunu bildirib.

"Ölkədə əmək pensiyalarının üç əsas növü mövcuddur: yaşa görə, əlilliyə görə və valideynlərini itirməyə görə əmək pensiyası. Yaşa görə əmək pensiyası alan şəxslərin ödənişləri ləğv edilmir, yalnız qanun pozuntusu aşkarlandığı hallarda artıq ödənilmiş məbləğlər geri qaytarılır.

Əlilliyə və valideynlərini itirməyə görə təyin olunan pensiyalar isə qanunvericiliyə uyğun olaraq tənzimlənir. Əgər pensiya təyinatı zamanı müəyyən edilmiş qaydalar pozulubsa, bu ödənişlərin dayandırılması mümkündür", – deputat bildirib.

Millət vəkili həmçinin vurğulayıb ki, pensiya sisteminin şəffaflığı və qanunvericiliyə uyğunluğunun təmin olunması üçün müvafiq yoxlamalar mütəmadi olaraq aparılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv