Ali məktəblərdə IV ixtisas qrupunda dövlət sifarişi üzrə yerlərin sayı ARTIRILDI

Ali məktəblərdə IV ixtisas qrupunda dövlət sifarişi üzrə yerlərin sayı ARTIRILDI






presstv

"Presstv"az #Azərbaycan, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2025/2026-cı tədris ili üçün respublika ali təhsil müəssisələrinin IV ixtisas qrupunda Azərbaycan və rus bölmələri, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı və dövlət sifarişi üzrə yerlərin sayı təqdim edilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) presstvaz-a bildirilib ki, 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin IV ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 3 617, rus bölməsi üzrə 360 plan yeri nəzərdə tutulur.

Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 755 olmaqla, IV ixtisas qrupu üçün ümumilikdə 4 732 plan yeri ayrılıb. Bu yerlərdən 3 578-nə qəbul isə dövlət sifarişi əsasında aparılır.

Xatırladaq ki, 2024/2025-ci tədris ilində ali təhsil müəssisələrinə IV ixtisas qrupu üçün 4 600 plan yeri ayrılmış, həmin yerlərdən 3 135-i dövlət sifarişi əsasında olmuşdu.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv