İncəsənət məktəb və mərkəzlərinə ixtisas və məktəb seçimi mərhələsi başlanır

İncəsənət məktəb və mərkəzlərinə ixtisas və məktəb seçimi mərhələsi başlanır






presstv

"Presstv"az #Azərbaycan, #Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, #Bakı, #Naxçıvan Muxtar Respublikası, #Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi, #Qəbul imtahanları, #Sağlamlıq, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avqustun 14-dən etibarən Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə şagird qəbulunun ixtisas və məktəb seçimi mərhələsinə başlanılır.

presstvaz xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, seçim mərhələsi avqustun 21-dək davam edəcək.

Qəbul imtahanında iştirak edərək mümkün 100 baldan 50 və daha yuxarı bal toplamış namizədlər “My Culture” vahid şəxsi kabinet sistemi üzərindən qeydiyyatdan keçdikləri hesab vasitəsilə ixtisas və məktəb seçimi edə bilərlər. Hər bir namizədə 3 ixtisas, hər ixtisas üzrə isə 2 məktəb seçmək imkanı verilir.

Qeyd edək ki, xarici ölkə vətəndaşları müvafiq regional mədəniyyət idarəsinə yaxınlaşıb məktəb və ixtisas seçimi edə biləcəklər.

Qəbul prosesi ödənişsiz təhsil üzrə aşağıdakı yaş hədləri çərçivəsində həyata keçirilir:

– Musiqi alətləri ixtisasları üzrə:

– fortepiano, simli alətlər (7 illik təhsil): 6-8 yaş

– fortepiano, simli, nəfəs, zərb və xalq çalğı alətləri (5 illik təhsil): 8-12 yaş

– Vokal, estrada oxuma, xanəndəlik və xor ixtisasları üzrə:

– vokal, estrada oxuma və xanəndəlik (5 illik təhsil): 7-11 yaş

– xor ixtisası (7 illik təhsil): 7-10 yaş

– Təsviri sənət ixtisasları üzrə:

– rəssamlıq və heykəltəraşlıq (4 illik təhsil): 8-12 yaş

– Xoreoqrafiya ixtisası üzrə:

– 5 illik təhsil: 6-10 yaş

– 11 illik təhsil sistemi üzrə (musiqi və incəsənət məktəbinin 5 və 7-ci sinif bazasından qəbul):

– Minimum yaş: 13 yaş

Namizəd müvafiq ixtisaslar üzrə incəsənət məktəb və mərkəzlərinin cari və ya ötən ilin məzunu olmalıdır.

Ödənişli əsaslarla təhsil üçün isə minimum yaş hədləri saxlanılmaqla, maksimum yaş 29 olaraq müəyyən edilib.

Qəbul prosesi müsabiqə prinsipi əsasında həyata keçirilir. Namizədlər topladıqları bala uyğun olaraq ixtisaslar üzrə reyting sırası ilə yerləşdirilir və müəyyən olunmuş plan yerləri çərçivəsində qəbul olunurlar. Hər bir ixtisas və məktəb üzrə plan yerə sonuncu qəbul olunan namizədin balı keçid balı hesab edilir.

Məktəb və ixtisas seçiminin nəticələri elan olunduqdan sonra namizəd (18 yaşa çatmayanların valideyni və ya qanuni nümayəndəsi) aşağıdakı sənədlərini sistemə yükləyir və sistem üzərindən təhsil alacağını təsdiqləyir:

– şəxsiyyət vəsiqəsi;

– Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi (xarici ölkə vətəndaşları üçün)

– sağlamlıq haqqında tibbi arayış;

– 3×4 sm ölçüdə fotoşəkil;

– VIII sinfə qəbul olunanlar üçün musiqi təhsili haqqında şəhadətnamənin surəti, cari tədris ilinin məzunlarına münasibətdə təhsil aldıqları məktəbdən arayış.

Ödənişli təhsilə qəbul olunanlar digər sənədlərlə yanaşı təhsil haqqının ödəniş qəbzini də əlavə etməlidirlər.

Təhsil haqqının aylıq məbləği Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi üzrə 150 AZN, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi üzrə incəsənət məktəblərində 120 AZN, digər regionlar üzrə 100 AZN təşkil edir.

Təhsil haqqı müvafiq bank hesabına köçürülməklə sentyabr-yanvar ayları üçün sentyabr ayının 10-dək (I və VIII sinfə qəbul olunanlar təsdiq üçün sənədlərini yerləşdirdikdə), fevral-iyun ayları üçün fevral ayının 1-dək ödənilir.

Qeyd olunub ki, bu il ilk dəfə olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərinə 2025-2026-cı tədris ili üzrə təhsilalanların qəbulu vahid elektron sistem üzərindən həyata keçirilib. 25 aprel-25 may tarixlərində elektron sistem üzərindən 18862 müraciət qeydiyyata alınıb, iyun ayında I və VIII siniflərə qəbul imtahanları keçirilib. Qəbul imtahanlarında 16252 namizəd iştirak edib. İmtahanların nəticələri elan edildikdən sonra apelyasiya müraciətlərinə baxılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv